TAİB-in həmsədri Moldovanın Türkiyədəki səfiri ilə görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tanınmış diplomat, İMZA-nın Türkiyə nümayəndəsi,Türk Ağsaqqallar Birliyi – TAİB-in həmsədri Hulusi Kılıc bu gün Moldovanın Ankaradakı səfiri Dimitri Croitor ilə görüşüb.

Görüşdə Moldovalı səfir bu yaxınlarda Tokata getdiyini, orada Tokat valisi, Bələdiyə sədrinin müavini, Ticarət və Sənaye Palatasının sədri ilə görüşdüyünü və bu görüşdən məmnun qaldığını bildirib.

Öz növbəsində Hulusi Kılıc Türkiyənin Moldovadakı səfiri kimi fəaliyyət göstərdiyi illəri xatırladaraq Moldova xalqının qonaqpərvərliyindən məmnun qaldığını qeyd edib və bildirib ki, bu ölkənin tarixi, mədəniyyəti onun üçün həmişə maraqlı olub.

Görüşdə həmçinin bu gün regionda gedən proseslər ətrafında fikir mübadiləsi də aparılıb.

Qeyd edək ki, TAİB-in həmsədri əslən Tokatlıdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR