“Azərbaycan dövlətinin yardımı dünyada yaşayan türklər üçün qürurverici və nümunəvi haldır”- Şimali Makedoniya türklərinin lideri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyədə baş verən zəlzələyə ilk reaksiyanı Azərbaycan dövlətinin verməsi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. Həm prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk gündən etibarən Türkiyəyə yardım əlini uzatması dünyada yaşayan türklər olaraq hamımız üçün qürurverici və nümunəvi haldır”.

Bunu Missiya.Az-a açıqlamasında Şimali Makedoniya türklərinin lideri, Şimali Makedoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Enes İbrahim deyib. E.İbrahim “Türkiyədə baş verən güclü zəlzələ hamımızı sarsıtdı”,- deyə əlavə edib: “Dağıntılarn çox olması, zəlzələnin miqyasının böyük bir ərazini əhatə etməsi tarixdə görülməmiş hadisədir. Təbii ki, həyatını itirən soydaşlarımız çoxdur və bu hamımız üçün üzücüdür. Amma dövlət ayaqdadır və əlindən gələn hər şeyi edir”.

E.İbrahim əlavə edib ki, Azərbaycan başda olmaqla bütün türk dünyasının Türkiyə üçün səfərbər olması böyük millət olduğumuzu bir daha göstərdi: “Digər türk dövlətləri də dəstəyini əsirgəmir. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan türklər də yardım üçün hər şey edirlər. Allah Türkiyə dövlətini və millətimizi qorusun! Bu sınaqdan da başıuca çıxacağımıza əminəm”.

Əli İbrahimli
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR