" />

Şemsettin Küzeci:”20 yanvar ümumtürk tarixinin qanlı səhifələrindən biridir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Şemsettin Küzeci:”20 yanvar ümumtürk tarixinin qanlı səhifələrindən biridir”

“20 yanvar faciəsi bağrımızı qana döndərən, türklərin bir daha terrora məruz qaldıqları tarixdir. Qardaşlarımıza qarşı rus imperiyası tərəfindən törədilən qətliam, Azərbaycan müstəqilliyinin bünövrəsi idi”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında türk dünyasının tanınmış yazarı, TAİB-in İdarə Heyətinin üzvü Şemsettin Kuzeçi deyib.

O, bildirib ki, ümumxalq hüzn gününü, azərbaycanlıların başına gələn müsibətləri hər zaman Türkiyə və İraq mətbuatında işıqlandıraraq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmağa çalışıblar.

“Azərbaycanın müstəqillik tarixi, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Cəsarət və şücaətli türk sərkərdəsi müstəqil Azərbaycanın memarı oldu. Və müstəqilliyə gedən yol 20 Yanvardan keçdi. Biz 20 yanvar şəhidlərini hər zaman ehtiramla anır, ruhlarına fatehə deyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” -deyə TAİB üzvü vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR