Türkiyə səfirinin müşaviri: “Azərbaycan yas tutur, heç kimin kefi yoxdur”
“Azərbaycan da yas tutur. Heç kimin kefi yoxdur”.
Agsaqqallar.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalan tviterdə yazıb.
O bildirib ki, Azərbaycan ictimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir: “Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”.