TAİB türk dünyasının sevimli oğlu Selcuk Bayraktarı ad günü münasibətilə təbrik edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hamı onu 44 günlük Qarabağ uğrunda gedən Vətən Müharibəsindən daha yaxşı tanıdı.

Əslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir – Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuzz uçuş aparatı  istehsalı üzrə ixsisaslaşan  Bayrak Makina  şirkətinin qurucusu və sahibidir. Təhsil həyatına Sarıyer İbtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə  daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir. Elə həmin il,  İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti  GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət həll edilmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı. Massaçusets Texnologiya İnstitutunda  ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş  PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.

Təhsilinin ardından 2007-ci ildə Türkiyəyə  dönüb. Ailəsinə məxsus Bayrak Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başlayıb.Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olmağa başlayıb. Komandası ilə yaratdıqları Bayraktar TB2 pilotsuz uçuş aparatlarını  Türkiyə Ordusu PPK-ya  qarşı hərbi əməliyyatlar, Suriyada vətəndaş müharibəsi , Liviyadakı ikinci vətəndaş müharibəsində geniş şəkildə istifadə etmişdir. Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın yaradıcısı olmuşdur. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı Bayraktar Akıncının  (PUA) yradılmasında xüsusi əməyi olmuşdur.

Türkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları vəqfdə araşdırma aparmağa təşviq etməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün Teknofest festivalının təşkilatçısı olmuşdur.. Çinin Uhan əyalətində yayılan. Covid-19 virusuna qarşı 22 Mart 2020 tarixində Türkiyədəki Bayraktarın şəxsi Twitter hesabından  respirator  istehsalına texniki dəstək verəcəyini açıqlamışdır. Arçelik, ASELSAN, Bayrak Makina və BIOSYS tərəfindən həyata keçirilən iki həftəlik tədqiqat müddətinin ardından istehsalı planlaşdırılan 5000 tənəffüs cihazından ilk 100 ədədi 20 aprel 2020-ci ildə Başakşəhər Şam və Sakura Şəhər Xəstəxanasının açılışında təqdim edilmişdir.

Selcuk Bayrakdar 2016-cı ildə Sümayyə Ərdoğan Bayraktarla ailə həyatı qurmuş və bir övladı var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Xüsusi pilot lisenziyasına da sahibdir.

Qeyd edək ki, Selcuk bey Vətən müharibəsində qələbə şərəfinə təsis edilmiş, Azərbaycanın hərbi oredeno olan “Qarabağ” ordeni ilə təltif edilib.

Türk Ağsaqqallar Birliyi (TAİB) Selcuk beyi ad günü münasibətilə təbrik edir, təkcə Türkiyənin deyil, Azərbaycanın da sevimli oğluna möhkəm can saglığı, bol uğur və nailiyyətlər arzulayırlar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR