Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq
Cənab Prezident İlham Əliyevin gərgin iş proqramına bu həftə daha biri əlavə olundu. Bildiyimiz kimi fevral ayının 2-də Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfəri gerçəkləşdi. Geniş tərkibdə baş tutan görüş iki ölkə arasında əlaqələrin inkişafı baxımından önəm kəsb edir. Xatırlatmaq istəyirəm ki, ötən ay hər iki ölkənin rəhbəri Buxarest şəhərində görüşmüşdülər. Belə qısa zaman ərzində yenidən ölkələr arasında ikitərəfli dialoqların davam etdirilməsi hələ müzakirə olunacaq məsələlərin mövcudluğundan xəbər verir. Rumıniya və Azərbaycan arasında yüksək səviyyədə olan münasibətlər strateji əhəmiyyət daşıyır və bu münasibətlər artıq 30 ildir davam edir.
İkitərəfli münasibətlərdən danışarkən ticari əlaqələri, xüsusilə neft sahəsində ixtisaslaşmış qurum olan SOCAR-ın Rumıniyadakı genişmiqyaslı fəaliyyətini qeyd edə bilərik. Rumıniya tərəfi bu münasibətləri daha da şaxələndirmək niyyətindədir.
Əminliklə deyə bilərik ki, Avropaya nəql olunacaq Azərbaycan qazının yeni ünvanı Rumıniyadır. Artıq hər kəsə bəllidir ki, enerji təhlükəsizliyi dünyanın öndə duran məsələlərindəndir. Bu kontekstən diqqət yetirsək Rumıniya öz enerji təhlükəsizliyini düşünərək Azərbaycanı özünə strateji və etibarlı tərəfdaş hesab edir.
Digər məqam isə yaşıl enerji ilə bağlı Azərbaycanın potensialı və bu sahədə qarşılıqlı fəaliyyət perspektivləridir. Azərbaycan bərpaolunan təbii enerji resursları ilə bağlı çox zəngin ehtiyatlara malikdir. Yaşıl enerji yeni dünyanın təhlükəsiz enerjisi hesab olunur və Azərbaycan Rumıniya ilə bu sahədə ciddi müzakirələr aparır.
Bütün bunlarla yanaşı iki dost və strateji tərəfdaş ölkə siyasi müstəvidə də bir-birinə dəstəyi əsirgəmir. Rumıniya hər zaman beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi
Oxşar Xəbərlər
- “Əbədi Birlik” GİB-in sədri Şahin Əliyev: “TAİB-in gənclərilə ortaq layihələrdə ağsaqqalların tövsiyyələrindən bəhrələnəcəyik”
- Vüqar Bayramov: Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılır
- Qarabağla bağlı üçtərəfli işçi qrupa Ermənistan tərəfdən kimin rəhbərlik edəcəyi bəlli oldu