" />

TAİB-in Gənclər Təşkilatından SOS siqnalı…..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Gənclər Təşkilatından SOS siqnalı…..

TAİB-in GT sədri Sübhan Xıdırzadə:

“İnformasiya sahəsində diqqətli olmaq və düzgün paylaşımlar etmək lazımdır- İranın regionda Azərbaycana qeyri-rəsmi düşmənçiliyi”

“Dəyərli həmvətənlərim, İran regionda Azərbaycanı qeyri-rəsmi düşmən elan edib. Buna görə də ayıq-sayıq olmaq lazımdır. Xüsusilə informasiya sahəsində diqqətli olmaq və düzgün paylaşımlar etmək lazımdır. Bununla yanaşı sosial şəbəkə istifadəçiləri göndərilən tanımadıqları insanlardan gələn linkləri, mail-ləri açmasınlar”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının sədri, ictimai fəal Sübhan Xıdırzadə deyib. İranın son zamanlar Azərbaycana qarşı olan düşmən mövqeyindən və diplomatik korpusa olunan terror hücumundan danışan GT sədri bildirib ki, könüllü gənclər indi daha aktivdilər və sosial şəbəkələrdə belə təhdidlərin qarşısını almaq üçün səfərbər olublar.

“Yad nömrələrdən, xüsusi ilə tanımadığınız nömrələrdən gələn zəngləri açmayın! Tanımadığınız profillərdən gələn dostluqları qəbul etməyin, mesajlara reaksiya verməyin! Bilmədiyiniz saytlara daxil olmayın! Sizi clickbait- (internetdə) əsas məqsədi diqqəti cəlb etmək və ziyarətçiləri müəyyən bir veb səhifəyə keçidə klikləməyə təşviq etmək üçün olan vasitələrlə zərərli linklərə keçid etdirə və məlumatlarınızı ələ keçirə bilərlər. Hər birimiz məsuliyyətlə yanaşmalıq və həmişə olduğu kimi informasiya müharibəsində üstünlüyümüzü qorumalıyıq! Sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırırıq!”-deyə Sübhan Xıdırzadə vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR