" />

TAİB-in İH üzvü Akif Rufullayev:” “Bacılar”ın bu mövsümdə son teatrlasdırılmıs tamaşası, “bizim” yerli və qastroldakı soysuz daşlarını növbəti dəfə dövlətimizə, iqtidara əsassız və gülünc ittihamlara sövq etdi”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İH üzvü Akif Rufullayev:” “Bacılar”ın bu mövsümdə son teatrlasdırılmıs tamaşası, “bizim” yerli və qastroldakı soysuz daşlarını növbəti dəfə dövlətimizə, iqtidara əsassız və gülünc ittihamlara sövq etdi”

“Fransa senatının Azərbaycanla bağlı son bədnam qətnaməsi göstərdi ki, onlar müasir dünya siyasətində gedən proseslərdən asılı olmayaraq öz ənənəvi pozuculuq ermənipərəst siyasətinə sadiqdir. Əslində, burada bizi böyük mənada təəccübləndirəcək və ya həyəcanlandıracaq gözləntimiz olmasa da, bütün hallarda qərbin üzdəniraq demokratiyasının səmərəsiz və riyakar oyunları, erməni diasporunun ucuz “gözqamaşdıran “reklamı oldu”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, İntizam Komissiyasının sədr müavini, sabiq dövlət qulluqçusu Akif Rufullayev deyib.

İranın və Fransanın düşmənçilik mövqeyindən danışan TAİB üzvü qeyd edib ki, təəccüblü və narahatedici hal odur ki, “bacılar”ın Elisey tövləsindəki bu mövsümdə son teatrlasdırılmış tamaşası, “bizim” yerli və qastroldakı soysuz daşlarını növbəti dəfə dövlətimizə, iqtidara əsassız və gülünc ittihamlara sövq etdi.

“Əlbəttə, burada avropalı gəlinlərin yerli zuytutanları, ancaq maddi tərəfi maraqlandırırdı, nəinki milli maraqlar, vətən təəssüfkeşliyi. Hətta onlar bir az da “qabağa” gedərək, “bəs iqtidar hara baxır, niyə tədbir görmür, nəyə lazımdır səmadakı müzakirələrə qarşı petisiya” və s. fikirlər formalaşdırmaqla erməni – fransız dostlarından pul qoparmaqla məşğul idilər. Bütün hadisələrin fövqündə olan Azərbaycan Prezidenti Cənab İlham Əliyev xalqımızın iradəsini ifadə edərək, bütün təhdidlərə adekvat mövqe nümayiş etdirib, erməni və onların havadarlarını özünəməxsus şəkildə məyus etdi! Necə ki, “Dəmir yumruq” əməliyyatı ilə etmişdi”-deyə A. Rufullayev bildirib.

TAİB üzvü onu da bildirib ki, bu qərəzli qətnamələr təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının hiddətinə səbəb olub.

“TAİB ağsaqqallarının bu hədə və yalan qətnamələrə qarşı etiraz səslərinə türk dünyasının hər yerindən sədalar gəlir. Türk birliyindən qorxan türk düşmənləri terrorçuluq missiyalarından əl çəkmədiyi təqdirdə, TÜRK oğlu TÜRK də onlara cavabını layiqincə verəcək. Dəmir yumruq yerindədi!” – deyə Akif Rufullayev qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR