Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb
“Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram”.
Agsaqqallar.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.
“Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”, – dövlət başçısı bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Oxşar Xəbərlər
- Azərbaycanın Gürcüstandakı Səfirliyi bu ölkədəki soydaşlarımızla birlikdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş videokonfrans keçirmişdir
- Çavuşoğlu Cavad Zəriflə birgə brifinqdə: “Azərbaycanla üçtərəfli mexanizmlərimiz var”
- Hikmet Eren: “Azərbaycan ikinci böyük qələbəsinə imza atdı”