Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, bunu Şimali Kiprin XİN başçısı tviterdə yazıb.
“Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli müzakirə apardıq. Şimali Kipr xalqına verdiyi dəstəyə görə ona təşəkkür edirəm”, – nazir bildirib.
Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. C.Bayramov toplantıda iştirak edib.