“Gənclərimizin vizyonunu görməklə gələcəyimizi səbirsizliklə gözləyirik” – Ərdoğan
Türkiyədə prezident seçkiləri 14 may 2022-ci ildə keçiriləcək.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Bursa şəhərində gənclər nümayəndələri ilə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Türkiyə dövlətinin və xalqının ümidi olan gənclərin nümayəndələri ilə görüşmək fürsətindən xüsusi məmnunluğunu ifadə edib.
“Gənclərimizin vizyonunu görməklə gələcəyimizi səbirsizliklə gözləyirik”, – deyə Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyənin uğurlarını və tərəqqisini bundan sonra da inkişaf etdirməsi çox vacibdir.
“Sizə miras olaraq qoyacağımız “Türk Çağı”nı qurmaq üçün daha çox çalışmalı və daha çox mübarizə aparmalıyıq. Mayın 14-də keçiriləcək seçkilərdə ilk dəfə səsvermədə iştirak edəcək siz gənclərimizlə, onun nümayəndələri ilə çiyin-çiyinə addımlayacağımız üçün Uca Allaha şükür edirəm”, – deyə Türkiyə lideri əlavə edib.
Ərdoğan qeyd edib ki, qarşıdan gələn seçkilərdə ilk dəfə səs verəcək gənclərimizdən gözləntilərimiz onların potensiallarına əsaslanaraq dünyanı və ölkəmizi ən yaxşı tərəfdən görmələri ilə bağlıdır.
Daşqın Həsənov
Oxşar Xəbərlər
- Fəttah Heydərov: “Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən müstəqil Azərbaycanımız işıqlı ulduz kimi görünür”
- Ramin Əhmədov:”Dağılan evlər, dinc əhalinin vəhşət yaşaması, körpələrin ölümü erməni vandalizminin missiyası olaraq qalır”
- Azərbaycan Ağsaqqallar Şurasının Gəncə-Qazax bölgəsinə səfəri