Azərbaycan Ağsaqqallar Şurasının Gəncə-Qazax bölgəsinə səfəri

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və bir qrup ziyalı Gəncə, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarına səfər edib.

Nümayəndə heyəti ilk olaraq, Ağstafa rayonuna gedib. Rayonda aparılan abadlıq quruculuq işləri ilə tanış olan aqsaqqallar Azərbaycanın, o cümlədən rayonların sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildiriblər.

Daha sonra qərb regionunun ağsaqqalları ilə görüş keçirilib. Görüşdə ağsaqqalların cəmiyyətdə tarixi missiyası, yeni dövrdə vəzifələri, yeri və rolu haqda danışılıb. Şuranın sədri Fəttah Heydərov deyib ki, ağsaqqallar gənclər üçün kamil örnək nümunəsi olmalıdır. Ağsaqqallar Şurasının üzvləri tədbirdə “Gənclər ağsaqqallardan nəyi əxz etməlidir”, “Azərbaycan ağsaqqalı gənclikdən nə gözləyir”, “Mənəviyyat, ictimai fəaliyyət və ümumiyyətlə, cəmiyyət həyatının əsas sahələrində ənənə ilə yeniliyi bir-birinə necə uzlaşdırmaq, qovuşdurmaq olar” mövzularında çıxış ediblər. Cıxışçılar həmçinin ağsaqqallarla gənclərin daim görüşmələrinə ehtiyac olduğunu bildiriblər.
Görüşdə millət vəkili Ziyad Səmədzadə,akademik Teymur Bünyadov, akademik Vasim Məmmədəliyev, şeyxülislam Hacı Allahşükür Paşazadə, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov və başqaları da iştirak etmişlər.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR