İlham Əliyev 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib.
Dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Oxşar Xəbərlər
- Karaçanta Murtaza : “Türk ölkələrində yaşayan xalqlar tarixi-kökü və mədəni əlaqələri, adət-ənənələri ilə bir-birilərinə bağlıdırlar”
- TAİB-in mərkəzi ofisində “Türk xalqları arasında əlaqələrin inkişafında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib
- İkinci Qarabağ müharibəsi dünya hərb tarixində bir yenilik oldu