Milli Məclisdə Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları ilə deputatların görüşü təklif edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallarla görüşün keçirilməsini təklif edib.

Agsaqqallar.com xəbər verir ki, bu barədə deputat Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında çıxış edib.

O bildirib ki, bununla bağlı Şuşaya səfər edilsin.

B.Sadıqov qeyd edib ki, Fransa Senatı qeyri-qanuni məsələlərdə daim erməniləri müdafiə edir: “Belə olan halda biz deputatlar niyə haqlı etirazlarda iştirak edən iştirakçılara dəstək olmayaq?! Ona görə də ekofəallarla görüş xoş olar”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR