TAİB sədri, akademik Sudeyif İmamverdiyev: “20 Yanvar ildən-ilə xalqımızın yaddaşında, qəlbində daha da əbədiləşir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB sədri, akademik Sudeyif İmamverdiyev:
“20 Yanvar ildən-ilə xalqımızın yaddaşında, qəlbində daha da əbədiləşir”

20 Yanvar faciə olmaqla yanaşı xalqımızın qəhrəmanlıq, birlik günüdür.
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərimizə öz ehtiramını bildirir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı əsl vətənpərvərlik nümunəsidir. Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək, qan yaddaşımızı təzələməklə, gələcək nəsillərə tariximizi unutmamağı ehtiva edir. Həmin qanlı hadisələrdən otuz üç il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsini unutmur və şəhidlərimizin xatirəsini əziz tutur..
Rus imperiyasının təcavüzçü siyasəti Azərbaycan xalqının başına çox müsibətlər açdı ki, onlardan biri də 20 yanvar faciəsidir. Həmin ağır günlərdə – 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Və bu tarix Azərbaycanın müstəqilliyinin bünövrəsi oldu.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR