DTX: Sosial şəbəkədə yayılan məlumatların Prezidentin kiçik qızına heç bir aidiyyəti yoxdur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bəzi internet resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

Bildirilib ki, aparılan ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib.

“Hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir”, – DTX-dən bildirilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR