" />

TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar: “2022-ci ili uğurla başa vurduq – Türk ölkələrində keçirilmiş konfranslar və məhsuldar görüşlər yeni perspektivlər yaratdı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar: “2022-ci ili uğurla başa vurduq – Türk ölkələrində keçirilmiş konfranslar və məhsuldar görüşlər yeni perspektivlər yaratdı”

“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB 2022-ci ildə özünün fəaliyyət proqramına uyğun olaraq bir sıra layihələrə imza atmağa müvəffəq oldu. İl ərzində xarici konfranslarla yanaşı, daxildə də əhəmiyyətli layihələrlə çıxış etdi”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar deyib.

O, bildirib ki, ötən ili zəngin səfər proqramları və aktual mövzuları əhatə edən konfranslarla tarixə çevirən TAİB-in 2022-ci ildə ilk böyük konfransı Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunub. Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş və Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə birgə təşkil olunmuş konfransda 200-ə yaxın insan iştirak edib.

“Növbəti səfərlərimiz də çox məhsuldar oldu. TAİB və Qırğızıstan-Türkiyə “Manas” Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, “Tarix yazan liderlər” mövzusunda, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Azərbaycanın Qarabağ Zəfəri türk dünyası tarixinin şanlı səhifəsidir” adlı konfranslar, qardaş Türkiyədə unudulmaz görüşlər keçirildi. TAİB nümayəndələriniin 2022-ci ildə yekun səfəri qardaş Türkiyənin paytaxtı Ankaraya olub. Burada Ankara Universiteti, Qazi Universiteti, Türkiyənin dövlət qurumları və aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirilib. Ölkə daxilində də əhəmiyyətli layihələrə imza atmışıq. Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, “Ulu Öndər Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans, 28 May Respublika Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhərində silsilə tədbirlər, Qaxda böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş, “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans, 2022-ci ildə konfranslarla yanaşı, TAİB-in mərkəzi ofisində müxtəlif əlamətdar tarixlərlə bağlı tədbirlər, müzakirələr və Türk ölkələrindən gəlmiş tanınmış şəxslərlə görüşlər də təşkil olunub”-deyə Nicat Dağlar vurğulayıb.

2022-ci ildə TAİB-in seçkili orqanı olan İdarə Heyətinin qərarı ilə Qadınlar Şurası və Gənclər Təşkilatının da yaradılmasını qeyd edən İA rəhbəri bildirib ki, təşkilata maraq çoxdur. İl ərzində həftədə iki tədbir, ən azı üç qonaq qəbul edilib. Qaynar keçən il fəaliyyət perspektivliyi ilə türk dünyasının da diqqətini özünə cəlb edib.

Təşkilatın üzvlərinin durmadan artan sayına da toxunan İcra Aparatının rəhbəri bütün türk dünyasından seçilən ağsaqqalların, ziyalıların, ictimai fəalların üzvlüyə cəlb olunmasında maraqlı olduqlarını bildirib, əlaqələrin inkişafının türk dünyasına daha çox töhfə verəcəyini vurğulayıb.

“Artıq illik hesabatımız hazırdır. Bu yaxınlarda illik hesabat iclasımız keçiriləcək. Hazırda İdarə Heyəti 2023-cü ildə keçiriləcək tədbir və layihələrin müzakirəsini aparır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR