TAİB-in sədr müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov:” Ötən ili uğurla bitirdik, yeni ilə böyük layihələrimiz var”
TAİB-in sədr müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov:” Ötən ili uğurla bitirdik, yeni ilə böyük layihələrimiz var”
“2022-ci il təşkilatımız üçün uğurlu və çox məhsuldar il oldu. Həm daxili tədbirlərimiz, həm də xaricdə təşkil etdiyimiz konfrans və görüşlərimizi uğurla bitirdik”.
Biz TAİB olaraq türkdilli dövlətlərin və toplumların həyatı, inteqrasiyası, eləcə də Azərbaycanın türk dünyasındakı rolunu təhlil edir və ümumi inkişaf prosesinə öz töhfəmizi verməyə çalışırıq.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında təşkilatın sədr müavini Eyvaz Hünbətov deyib.
O, bildirib ki, təşkilat tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan türk xalqlarının müdrikləri, ziyalılarının vahid ideya birliyi və həmrəyliyi platformasına çevrilir.
“Dövlətimiz türk dünyasının mənəvi, siyasi, iqtisadi birliyini möhkəmləndirən böyük layihələrə imza atır. Buna dəstək olmaq Vətəndaş Cəmiyyəti olaraq bizim vicdan borcumuzdur. Təsisçimiz Ramin Əhmədov və sədrimiz akademik Sudeif İmamverdiyevin rəhbərliyi altında 2023-cü ildə daha böyük layihələrə imza atacaq, türk dünyası üçün önəmli tədbirlər həyata keçirəcəyik”– deyə TAİB-in sədr müavini vurğulayıb.