" />

Vidadi Zeynalov və Beytulla Hüseynovun cəzası azaldılıb, Namazalı Məmmədov azadlığa buraxılıb – YENİLƏNİB-1

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Apellyasiya Məhkəməsində “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başa çatıb.

Agsaqqal.az Apa-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR