" />

TAİB-in İdarə Heyətinin üzvü Karaçanta Murtaza: “Xankəndi yolundakı dinc aksiyada iştirak edə bilməsək də, ürəyimiz ordadır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü Karaçanta Murtaza: “Xankəndi yolundakı dinc aksiyada iştirak edə bilməsək də, ürəyimiz ordadır”
“Artıq bir aya yaxındır ki, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən ərazisində Vətəndaş Cəmiyyətinin “Ekoloji terrora son!” adı altında keçirdiyi dinc aksiyanı anbaan təqib edirik”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türkiyənin sabiq dövlət qulluqçusu Murtaza Karaçanta deyib.
O, bildirib ki, erməni vandalizminin törətdiyi terrorizm, faciələr türk tarixinin qanlı səhifələridir.
“Ermənilər Qarabağın işğalından sonra Azərbaycana aid yeraltı və yerüstü sərvətlərini talamaqdan hələ də doymayıblar. Rus sülhməramlıların Azərbaycanın dövlət qurumlarını onlara xas yerlərə buraxmamasını biz də qətiyyətlə pisləyirik. Bu aksiya xalqın haqq səsidir və biz də bu aksiyaya Türkiyədən dəstək verir, ermənilərə terrora son qoymalarını tələb edirik! Xankəndi yolundakı dinc aksiyada iştirak edə bilməsək də, ürəyimiz ordadır”-, deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR