Türkiyədə Prezident seçkilərinin tarixi dəyişdirilə bilər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyədə seçkilərinin tarixi yenilənə bilər.

Agsaqqallar.com xəbər verir ki, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, mövsümi şərait nəzərə alınaraq, seçkilərin vaxtı biraz irəli çəkilə bilər.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi dəyişdirilə biləcəyini bildirib.

“Bizim iradəmiz seçkilərin vaxtında, iyunun 18-də keçirilməsindən ibarətdir. Lakin bu tarixlə bağlı yarana biləcək bəzi problemlərlə, o cümlədən sözügedən zamanda vətəndaşlarımızın ölkədaxili səfərlər etməsi ilə bağlı qiymətləndirmə aparılır. Bununla bağlı qiymətləndirmədə dəqiq bir nəticəyə gəlsək, seçkilərin keçiriləcəyi “tarix budur” formasında açıqlayacağam”, – deyə Ö.Çelik bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR