Şimali Makedoniyanın Vasilevo şəhərində türk dili rəsmi dil olaraq qəbul edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Şimali Makedoniyanın Vasilevo şəhərində türk dili ikinci rəsmi dil elan edilib.

Agsaqqallar.com xəbər verir ki, bu qərarla ölkədə türkcənin rəsmi olduğu şəhərlərin sayı 9-a yüksəlib.

Şimali Makedoniyanın Vasilevo şəhərində türk dili və əlifbasının rəsmi istifadəyə verilməsi istiqamətində mühüm addım atılıb. Türk dili ikinci rəsmi dil elan edilib. Qərar ötən il ölkədə keçirilən siyahıyaalmada şəhərdə yaşayan türklərin sayının 20 faizi keçməsindən sonra verilib.

Vasilevo Bələdiyyə Məclisinin verdiyi qərarla türk dili Makedoniyada ikinci rəsmi dil olaraq qəbul edilib. Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, təxminən 12 min əhalisi olan şəhərdə 2095 türk yaşayır. Bu sayla əhalisinin nisbəti 21 faizi keçən türklər türk dilini rəsmiləşdirmək hüququ qazanıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR