TAİB-in Qadınlar Şurasının sədri və üzvləri Qubaya səfər ediblər
Türk Ağsaqqalları Birliyinin TAİB-in Qadınlar Şurasının sədri və üzvləri Qubaya səfər ediblər
Agsaqqallar.com xəbər verir ki, TAİB-in Qadınlar Şurasının sədri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu, müavini, şöbənin aparıcı elmi işçisi, dosent Mehparə Əliyeva və fəal üzvlərindən olan, şöbənin elmi işçisi Məhbubə Əliyeva Qubanın dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəsində olmuş, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi xalqının igid oğlu Albert Aqarunovun adını daşıyan küçəni, altı gümbəzli sinaqoqu və digər yerləri ziyarət etmiş, qəsəbə sakinləri ilə görüşmüşlər.