Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gündən Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.

Bildirilib ki, təhsil ocağında bir müəllim, bir şagird və iki texniki işçidə COVID-19 virusuna yoluxma aşkar edilib.

Bu səbəbdən məktəb 14 gün müddətinə karantinə bağlanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR