TAİB-in İdarə Heyətinin üzvü, türkiyəli tanınmış yazardan Fransaya orijinal etiraz – Vərəqləri boş olan “qəhrəmanlıq” kitabı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, Türk Araşdırmalar Mərkəzinin rəhbəri, MHP mənsubu, tanınmış yazar Kenan Çarboğa Fransanın Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə etiraz edib. Bunu Fransa hökumətinin Türk dünyasına qarşı açıq nifrətinin bariz nümunəsi kimi qəbul edən tanınmış yazar “Fransız kahramanlık tarihi” adlı kitab dərc edib.

Agsaqqallar.com xəbər verir ki, müəllif kitabda annotasiyadan sonra, vərəqlərin boş olması ən tez oxunan kitab statusunu yaratdığından o, “Ginnesin rekordlar kitabı”na müraciət ünvanlayacağını deyib.
Bu haqda Türkiyə mediyasına açıqlama verən Kenan Çarboğa bildirib ki, Türkiyənin tarixinə nəzər salanda onun Fransaya nə qədər dəstək verdiyinin şahidiyik. Fransanın bu qərəzli addımları ümumtürk dünyasına yönələn nifrət nişanəsidir.
“Türkiyə hər zaman Azərbaycanın yanında olub və hər zaman da olacaqdır. Qardaş ölkəyə olunan bu həqarəti qətiyyətlə pisləyirik!
Müəllifi olduğum bu kitab müxtəlif dillərdə də çapdan çıxacaq. İlk öncə Azərbaycan dilində çıxarmaq fikrindəyəm ki, bizə düşmən olanlar türk birliyinin sarsılmaz olduğunu, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha anlasınlar, bir daha görsünlər”-deyə Kenan Çarboğa vurğulayıb.

https://youtu.be/DTTlXrB1B8U

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR