" />

Müstəqil Azərbaycan bu gün dünyanın ən aparıcı dövlətləri ilə strateji müttəfiq və etibarlı tərəfdaşdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan prezidenti cənab İlham Əliyevin prezidentliyi hər şeydən əvvəl Azərbaycan xalqına öz tarixi seçimində yanılmadığının, siyasi şüurunun yüksək olduğunun bariz təcəssümüdür. Həyatımıza əlamətdar hadisə kimi daxil olan 2003-cü ilin prezident seçkilərindən bu günə xalqımız bir daha əmin oldu ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı nəinki Azərbaycanın həm də regionun yeni lideri kimi qəbul edilən İlham Əliyevi Dövlət başçısı seçməklə Azərbaycanın dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilməsini, firavan gələcəyini təmin edib “.

Bu sözləri “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru, Azərbaycan Ağsaqqallar Şurasının məclis üzvü Ramin Əhmədov şuranın iclasında çıxış edərkən söyləmişdir. O, qeyd etmişdir ki, onilliklərə bərabər olan bir yolun keçilməsi, görülən nəhəng işlərin miqyası ölkənin inkişafı naminə qəbul edilən qlobal dövlət proqramları, onların real nəticələri, xalqın güzəranının, həyat səviyyəsinin günbəgün yaxşılaşması bu həqiqəti bir daha təsdiqləyir. Son illər Azərbaycan siyasi və iqtisadi qüdrətini qat-qat artırıb, dünyadakı proseslərə təsir etmək gücünə malikdir.

Çıxışının sonunda baş redaktor Ramin Əhmədov vurğulamışdır ki,  Azərbaycanı etibarlı tərəfdaş, strateji partnyor kimi tanıyırlar. Təsadüfü deyil ki, dünyanın aparıcı dövlət başçıları, nüfuzlu politoloq və iqtisadçılar, xarici KİV-lər Azərbaycanın çox qısa zaman kəsiyində qazandığı bu möhtəşəm uğurların təməlini məhz prezident İlham Əliyevin uğurlu siyasətində, qətiyyətində və Titanik fəaliyyətində görürlər. Müstəqil Azərbaycan bu gün dünyanın ən aparıcı dövlətləri ilə strateji müttəfiq və etibarlı tərəfdaşdır. Azərbaycanın xarici siyasətində dünyanın əksər dövlətləri, xüsusən də qonşularımızla dostluq və səmərəli əməkdaşlıq məsələləri önəmli yer tutur.!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR