TAİB-in GT-nın sədr müavini İrana etiraza qalxdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“İranda yaşayan türklər hər zaman təzyiqə məruz qalıblar”

“Bu gün türklərə qarşı olan düşmən mövqe İran və Fransada daha amadə göründü. Ermənisevər hər iki ölkə Azərbaycana qarşı ədalətsiz qərarları ilə Türk dünyasına qarşı olan düşmənçiliklərini yenə də gizlədə bilmədilər. Cənubda yaşayan qardaşlarımız, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir. İran coğrafiyası tarixin hər dövründə türklərin sıx yaşadığı bir bölgəsi olmuşdur”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqallar Birliyinin Gənclər Təşkilatının sədr müavini, Qarabağ veteranı Qədir Quliyev deyib.

O, bildirib ki, bu gün İran Türkiyədən sonra ikinci ən çox türk əhalisi olan bir ölkədir. Bu səbəbdən İranda rəsmi dil olan fars dilindən sonra ən populyar danışıq dili türk dilidir. Amma İrandakı türklərin vəziyyətinə nəzər saldıqda, xüsusən də Pəhləvilər dövründə ölkə idarəçiliyi baxımından orda yaşayan soydaşlarımız ana dillərində nə yaza, nə də sərbəst danışa biliblər.

TAİB üzvü onu da qeyd edib ki, əhəmiyyətli hədəfə çevrilən farslaşdırma səyi bölgədə yaşayan türklər üçün rejimə qarşı kimliklərini yenidən düşünmək və ifadə etmək üçün səy göstərməyə səbəb olub.

“ Bu səbəblə İranda yaşayan türklər, İran İslam Respublikasının qurulması və İranın diktator rejiminin özündə əks etdirən bir sıra nəşrlər etdilər. Biz də bu araşdırmamızda Vikipediya könüllüsü olaraq, Pəhləvi dövründən günümüzə qədər İranda türk dilinin vəziyyəti haqqında yazılmış məqalələri və kitabları təkrar gündəmə gətirərək, orada yaşayan türklərin vəziyyəti ilə bağlı davamlı məlumat veririk. Biz Türk gəncliyi hər zaman soykökümüzün qorunmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ümumtürk coğrafiyasında yaşayan soydaşlarımıza, türk xalqına ədalətsiz mövqedə olanlara qarşı mübariz olacaq, Vətənimiz və millətimiz naminə qanımızın son damlasına qədər savaşacağıq. Fransanın da, İranın da mövqeyini biz 44 günlük Vətən Müharibəsində Ermənistana etdikləri yardımlarla, dəstəklərlə görmüşük. Və onlar da unutmasınlar ki, biz yenə də “Dəmir yumruq” kimi birik!”-deyə Qədir Quliyev vurğulayıb.
Qeyd edək ki, Qədir Quliyev TAİB-in fəal üzvülərindən biridir. Vikipediya könüllüsüdür. 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biridir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR