Türk deputat: Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmünü heç vaxt unutmayacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənilərin bütün beynəlxalq hüququ heçə sayaraq işğal dövründə Qarabağda bütün dünyanın göz qarşısında törətdikləri insanlıq faciəsi tarixdə qara ləkə kimi qalacaq.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Yavuz Subaşı mətbuata açıqlamasında bildirib.

Deputat deyib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin liderliyi ilə Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olaraq daim bir yerdə, çiyin-çiyinədir.

Ermənistanın hərbi təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan Zəfərin 30 illik işğala son qoyduğunu diqqətə çatdıran Yavuz Subaşı Qələbədən sonrakı proseslərə toxunub. O bildirib ki, Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmünü heç vaxt unutmayacaq.

Zəfərdən sonrakı proseslərə toxunan, eləcə də Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı təəssüratlarını bölüşən deputat deyib: “Qarabağ azad edilmişdir və inşallah, bir daha heç vaxt əsarətə düşməyəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR