“Xaricdə yaşayan və təhsil alan insanlarımızın fəallığını təmin etməliyik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın bu gün Ermənistanla sülh müqaviləsi imzalanması ərəfəsində Şuşa-Xankəndi yolunda baş verən aksiyanın dünyaya çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların böyük rolu var. Xaricdə yaşayan azərbaycanlıları diapsor fəaliyyəti ilə yanaşı lobiçiliklə də məşğul olmalı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı bacarmalıdır. Təəssüf olsun ki, dünyanın bir çox ölkələrində yaşayan ermənilər azərbaycanlılarla müqayisədə daha aktiv diaspor və lobbiçilik fəaliyyəti yürüdə bilirlər. Azərbaycan diasporunun zəif olmasının bir çox səbəbləri var.
Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın diaspor tarixinə nəzər salarkən, diaspor təşkilatlarından hansısa böyük gözləntilər gözləmək absurd olardı.

“Düzdür, XX əsrin 20-ci illərindən xaricə köç edən insanlarımız olub. Amma o zaman fəaliyyət sovetlər birliyinə yönəlməklə yanaşı, öz dəyərlərini, adət-ənənələrinin qorunub saxlanılmasına çalışılırdı. 90-ci illərdən sonra Azərbaycan diaspor təşkilatları yaranmağa başladı. Yeni bir dönəm başladı. Azərbaycanın müstəqil olması güneyli soydaşlarımızı həvəsləndirdi. Xüsusilə, iğdırlı azərbaycanlılar da Azərbaycan diaspor hərəkatına böyük təkan verirdilər. Onlar prosesdə fəal iştirak edirdilər” – deyə Eltürk qeyd edib. Onun sözlərinə görə, bu gün Azərbaycan diaspor təşkilatları mümkün olanları etməyə çalışırlar və edirlər.

Ekspert hesab edir ki, burada Azərbaycanda olanlaırn da boynuna müəyyən qədər məsuliyyət düşür.

“Biz çalışıb xaricdə yaşayan və təhsil alan insanlarımızın fəallığını təmin etməliyik. Onların siyasi-ictimai dairələrdə təmsil olunmasına çalışmalıyıq. Seçkili və qanunverici orqanlarda güclənməliyik. Ortada potensial var. Bu gün proses gedir. Yenə də bu istiqamətdə bu işlər artmalıdır. Strateji hədəflər buna hesaplanmalıdır” – deyə ekspert qeyd edib.

Elnur Eltürk bu gün Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə torpaqlarımızın talanması ilə də bağlı öz fikirlərini bildirib. Onun fikrincə, bu, siyasi məsələdir.

Hamımız bilirik ki, Azərbaycanın o qədər açıq hərəkət etməməsinin və səbr nümayiş etdirməsinin əsas səbəbi sülhməramlıların orada olmasıdır. Baş verənləri beynəlxalq mətbuatda, nüfuzlu insan haqları təşkilatı qarşısında qaldırmalıyıq. Bunun üçün Azərbaycan diaspor təşkilatları fəallıqlarını gücləndirməlidirlər. Əlimizdə olan faktları beynəlxalq müstəviyə daşımalıyıq. Bizə məxsus olan torpaqlarda erməni separatçılarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməlidir” -deyə ekspert əlavə edib. Amma görünən odur ki, diaspor təşkilatlarının əksəriyyəti ya bu məsələdə maraqlı deyil ya da, xəbərsizdir.

2020-ci il 44 günlük müharibədə Türkiyə Azərbaycanın yanında olduğunu bir daha sübut etdi. Amma bu gün Türkiyədə diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan diaspor təşkilatları mövcuddur. Əslində qardaş ölkədə Azərbaycan diasporu, lobbiçiliyi deyil, Türkiyə ilə birlikdə fəaliyyətlər daha çox önə çıxarılmalıdır.

Elnur Eltürk hesab edir ki, Türkiyə-Azərbaycan qardaşlığının dərinləşməsi, xaricdə fəaliyyət göstərən qardaş diaspor təşkilatları arasında əlaqələrin güclənməsinə, ortaq hərəkət etməsinə böyük təsir göstərir.

Azərbaycan tərəfi həmişə fəallığını göstərib. 2007-ci ildə Bakıda keçirilən Azərbaycan-Türkiyə diaspor təşkilatlarının forumu birgə fəaliyyətə, inteqrasiyasının güclənməsinə xidmət edirdi. Türkiyə bizim vətənimizdir. Cəmiyyətdə də Türkiyədəki Azərbaycan diaspor anlayışı düzgün qarşılanmır. Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi düzgündür. Onsuz da qardaş Türkiyədə fəaliyyət göstərən Azərbaycan mərkəzləri, təşkilatları iki qardaş ölkə arasında körpü rolunu oynayır”-deyə ekspert bildirib.

P.S. Qeyd edək ki, diasporun canlı orqanizm kimi fəaliyyətini həyata keçirməsi üçün təşkilati strukturlar həyati əhəmiyyətə malikdir. Diasporun özünütəşkili ilə yanaşı, diasporun təmsil olunması, onun daxili parçalanmasının aradan qaldırılması, azərbaycanlıların potensialından koordinasiyalı və səmərəli istifadə edilməsi, diasporun həmrəyliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Etiraf etməliyik ki, xaricdə yaşayan azərbaycanlılar yetərli qədər koordinasiya edilmir. Bu səbəbdən də, bəlkə də müqayisə olunarkən zəifliklər müşahidə edilir. Müharibəni qələbə qazanmış bir ölkə kimi bitirdən sonra, xaricdə yaşayan azərbaycanlıların da nüfuzu artıb. Əgər onlar əvvəl işğal altında olan bir ölkənin nümayədələri idilərsə, indi qalib bir ölkəni təmsil edirlər…

Bizimyol.info

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR