Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.

Eyni zamanda toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.

Həmçinin toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.

Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının ali medalı” və Özbəkistanın Milli medalı təqdim olunacaq.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR