“Soçi görüşü Müzəffər Ali Baş Komandanın diplomatik müstəvidəki qələbəsidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç Moderator.az-a açıqlamsında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi göüşünü şərh edib. Sabiq səfir Soçi görüşünü Azərbaycanın diplomatik uğuru kimi dəyəlrəndirib:

“Qəhrəman Prezidentimiz Soçidə nöqtəni qoydu. Qarabağ problemi tarixdə qaldı. Cənab Prezident bildirdi ki, bizim arzumuz Türkiyə, Azərbaycan, Ermənistan əlaqələrinin normallaşmasına nail olmaqdır. Yəni bu, Ermənistana “Qarabağı unut” deməkdir. Bu o deməkdir ki, artıq Qarabağla bağlı yeni bir səhifə açılıb.

Cənab Prezidentin bu yanaşması görüşdən sornakı bəyanatda da öz əksini tapdı. Bəyanatda  Qarabağ sözü yer almadı. Bu da cənab Prezidentin dik duruşunun, əzmkarlığının göstəricisidir. Bu, bir daha onu göstərir ki, Qarabağ problemi arxivə gedib və arxivdə qalacaq.

Soçi görüşü Müzəffər Ali Baş Komandanın diplomatik müstəvidəki qələbəsidir. Bəyanata baxsanız görərsiniz ki, orada Azərbaycanın maraqları yer alıb.

Mən bir daha cənab Prezidenti təbrik edirəm.

Biz sülh yolunun ancaq bilavasitə təmaslar vasitəsi ilə reallaşacağına inanırıq. Əgər Putin həqiqətən də sülh sazişinin imzalanmasında maraqlıdırsa, bunu əməli surətdə göstərməsi lazımdır.

Soçi görüşünün Azərbaycanın lehinə olduğu qənaətindəyəm. Ümid edirəm ki, ilin sonuna kimi sülh sazişinin imzalanmasına şahid olacağıq”.

Seymur ƏLİYEV

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR