" />

“Ermənistan xilas olmaq istəyirsə, İlham Əliyevin çağırışlarından nəticə çıxarmalıdır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsindən sonra tarixi torpağımız olan Zəngəzurla bağlı səsləndirdiyi fikirlər Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Ermənistandakı siyasi qüvvələr dəhlizin reallaşmasının əleyhinədir və prosesə mane olmaq üçün əlindən gələni edir. Azərbaycan isə “Zəngəzur dəhlizi”nin açılmasında çox maraqlıdır.  Bu səbəbdən İrəvanda oturanlar Azərbaycan Prezidentinin çıxışlarından ciddi nəticələr çıxarsalar, yaxşı olar. Prezidentin də dediyi kimi, bu dəhliz  xoşla açılmayacaqsa, zorla həyata keçiriləcək. Regionda bir daha erməni faşizminin baş qaldırmasına imkan verilməyəcək. Azərbaycana qarşı yönələn bütün təhdidlərə vaxtında cavab veriləcək”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Prezident İlham Əliyevin Zəngəzurla bağlı çıxışından danışarkən deyib.

YAP rəsmisi bildirib ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan Prezidentinin heç bir sözü, iddianı boşuna səsləndirmədiyini bir daha sübut edib: “Ölkə başçısı Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün uzun illər müxtəlif təşəbbüslərlə çıxış etdi. Amma Ermənistanı idarə edənlər Azərbaycan Prezidentinin çıxışlarından, xəbərdarlıqlarından ciddi nəticələr çıxarmayaraq, işğal siyasətini davam etdirdilər. Nəticə nə oldu? 44 gün ərzində 30 illik işğala son qoyuldu. Müharibədən 6 ay keçməsinə baxmayaraq, Ermənistan hələ də özünə gələ bilmir, ölkədə xaos davam edir. Ağır məğlubiyyətə uğrayan ölkənin dövlətçilik dayaqları sarsılıb, iqtisadiyyat çöküb, əhalinin gələcəyə inamı itib. Əgər Azərbaycan Prezidentinin sülh çağırışlarına müsbət cavablar versəydilər, indi Ermənistan dövləti bu vəziyyətdə olmazdı. İrəvanda ağıllı başlar varsa, oturub İlham Əliyevin çıxışlarını analiz etməlidirlər. Prezidentin dediklərindən nəticə çıxarmalı, cəmiyyəti və siyasi gücləri aqressiv davranışlardan çəkindirməlidirlər. Çünki ortada təcrübə və tarix var. Uzun illər Ermənistana rəhbərlik edənlər Azərbaycanın sülh çağırışlarına arxa çevirdilər. Bunun bədəlini isə 44 günlük müharibədə erməni cəmiyyəti ödədi”.

Ramin Əhmədov qeyd edib ki, Ermənistan rəhbərliyinin Azərbaycan Prezidentinin əməkdaşlıq təklifinə müsbət cavab verməkdən başqa çıxış yolu yoxdur: “Prezident İlham Əliyev regionda yeni əməkdaşlıq mühitinin yarandığını deyir. Əməkdaşlığın qurulmasının əsaslarından birini “Zəngəzur dəhlizi” təşkil edir. Prezidentin də əsas hədəfi “Zəngəzur dəhlizi”nin tez bir zamanda açılmasına nail olmaqdır. Bu dəhliz həm də Ermənistanın İran və Rusiya ilə dəmir yolu əlaqəsini bərpa edəcək. Ona görə də İrəvan nəqliyyat dəhlizinin açılmasında Azərbaycandan daha maraqlı olmalıdır. Prezidentin əməkdaşlıq çağırışlarına müsbət reaksiyalar verilməlidir ki, “dəmir yumruq” işə düşməsin. Erməni cəmiyyəti anlamalıdır ki, Azərbaycan Prezidentinin hər fikirinin arxasında dövlətin konkret imkanları, xalqın öz liderinə olan inamı dayanır. Azərbaycan Prezidentinin əməkdaşlıq çağırışlarına müsbət cavab versələr, üçtərəfli razılaşmalar üzrə bütün öhdəliklərini yerinə yetirsələr, həm ölkələri dircələcək, həm də regionda yeni və daha geniş əməkdaşlıq müstəvisi formalaşacaq. Erməni xalqı və ölkəni idarə edənlər başa düşməlidir ki, ölkələrinin iqtisadi inkişafı Azərbaycandan aslıdır. Hazırda Prezident İlham Əliyev onlara iqtisadi inkişaf üçün tarixi şans verib. Erməni cəmiyyəti bu şansı müsbət dəyərləndirməsə, acı nəticələrə qatlaşmalı olacaq”.

Ramin Əhmədov Prezident İlham Əliyevin Zəngəzura qayıdışla bağlı səsləndirdiyi fikirlərin 10 noyabr və 11 yanvar bəyanatlarına uyğun olduğunu deyib. O bildirib ki, Ermənistan rəhbərliyi dəhlizin açılması ilə bağlı sənədlərə imza atıb və imzasından irəli gələn bütün öhdəlikləri yerinə yetirməyə borcludur.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR