Elnur Eltürk: “Şuşa İli” çərçivəsində “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində məqalələr zənginləşdirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Şuşa İli” çərçivəsində “Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri fəaliyyətlərini uğurla yekunlaşdırıblar. Belə ki, “Şuşa İli” ilə bağlı “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində effektiv layihənin başa çatdırılması qədim və zəngin mədəniyyət paytaxtımız olan Şuşa haqqında bilgilərin daha asan əldə edilməsinə səbəb olacaq. Xüsusilə məqalələrin çox hissəsinin xarici dil bölmələrində yaradılması əcnəbi oxuculara gözəl diyarımızla bağlı məlumat əldə etmək imkanı yaradacaq. Şuşanın tarixi, abidələri, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr 20 dildə yaradılıb və etibarlı mənbələrlə zənginləşdirilib. Bu, həm də layihənin informativ baxımından əhəmiyyətinin böyüklüyünü göstərir. Həmçinin təbliğat nöqteyi-nəzərindən də layihənin əhəmiyyətini artırır. Nəzər alaq ki, bu gün insanlar məlumatları internet üzərindən əldə edirlər.

Bunu AZƏRTAC-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, layihə çərçivəsində klubun ekspert və könüllüləri, həmçinin mədəniyyət paytaxtımızın tarixi, memarlığı, elm və incəsənət adamları, hərbi xadimləri barədə məqalələri müxtəlif dillərə tərcümə edib onlayn ensiklopediyada yerləşdiriblər. Layihəyə start verildiyi gündən görülən işlərlə bağlı mətbuat, sosial şəbəkələrlə bağlı hesabatların təqdim edilməsi, komandanın işə hansı səviyyədə məsuliyyətlə yanaşdığını göstəricisi idi.

Elnur Eltürk əlavə edib ki, prosesə xaricdə yaşayan həmvətənlərimiz aktiv şəkildə qoşulub dəstək veriblər: “Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbərliyi və kollektivinə, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənova, İsveçdəki alim soydaşımız fizika-riyaziyyat elmləri doktoru, riyaziyyatçı və filoloq, İsveçin Royal Texnologiya Universitetinin dosenti Səadət Kərimiyə, Gürcüstandakı vətənpərvər gənclərimizə, Marneuli rayonunda fəaliyyət göstərən “İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədova, “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimova, Marneuli “Vikipediya” klubunun könüllülərinə, ərəb dilinin bilicisi olan Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Muxtar Fateh Bəydiliyə, Moldovada yaşayan dostumuz, ingilis dilinin mükəmməl bilicisi İrina Aqaya, məqalələrin nəfis şəkildə rus dilinə çevrilməsində hədsiz əməyi olan ziyalımız Rövşən Şıxlıya və digər şəxslərə gördükləri əməyə görə xüsusi təşəkkür edirəm. “Qorqud”un eksperti Ayxan Zayıdzadəyə, gənc vətənpərvər Sübhan Xıdırzadəyə, tarixçi-ekspertimiz Qulamhüseyin Məmmədova, Nuray Tanrıverdiyevaya, Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə və kollektivinə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyevə göstərdikləri dəstəyə görə xüsusi minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR