“Ancaq irəli!!!”…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycan nə qədər nikbin ruhdadırsa, Ermənistan da bir o qədər bədbin ruhdadı. Buna səbəb hər iki tərəfin öz ordusuna verdiyi qiymətlə bağlıdır. Belə ki, Azərbaycan ordusu erməni ordusundan nizam və intizamına, komandirlərin yüksək davranış mədəniyyəti ilə yanaşmasıma görə fərqlənir. Bu gün efirdən Ali Baş Komandan və ordu komandirləri əsgər və zabitlərə nə qədər böyük stimul, ruh verirlərsə, erməni komandanı və komandrləri onları aşağılamaqla, təhqir, işgəncə verməklə “mükafat”landırırlar.

Sosial şəbəkələrdə, xəbər sàytlarında bunu paylaşmaqdan çəkinmirlər. Ötən gün rastıma çıxan bir videogörüntüdə erməni əsgəri zəncirlə divara bağlı vəziyyətdə idi. Bütün bunlar Ermənistan rəzilliyinin bariz nümunəsini sərgiləyir. Və bütün dünya xalqları bir daha Azərbaycan dövlətinin ölkənin güclü inkişafını, Vətənə və vətəndaşa olan sevgisini görür, alqışlayır.

Təkcə Azərbaycanda deyil, bütün dünya azərbaycanlıları oyaqdı. Xalq prezidentimizin ətrafında yumruq kimi birləşib, həyəcanla sonu gözləyirlər. TAM QƏLƏBƏNİ!!

Bəli, artıq iki yüz ildən sonra torpaqlarımız geri qaytarılır. Bu da məhz möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasətinin və səyinin nəticəsidir!

Azərbaycan xalqı sizinlə qürur duyur, cənab Ali Baş Komandanımız və  Milli Ordumuz!!!

Ancaq irəli!!!

Şuşa sevincini gözləyirik, ŞANLI BAYRAĞIMIZI dağlarda, düzlərdə dalğalandıran, narahat ruhları sakitləşdirməyi bacaran QƏHRƏMANLAR!!!

Dalğalan, bayrağım, əs Turanıma,

Qəlbimdə alışan közüm var mənim!

Dalğalan, yol elə Qarabağıma,

Ona deyiləsi sözüm var mənim!!!

Şərafət Şəfa

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR