TAİB İdarə Heyətinin üzvləri YAP Qax Rayon Təşkilatının sədri ilə görüşüblər – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qax rayonunda iki günlük səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının sədri Natiq Allahverdiyevlə görüşüblər.

Agsaqallar.com  xəbər verir ki, səmimi və mehriban atmosferdə keçən görüşdə YAP Qax Rayon Təşkilatının sədri TAİB təmsilçilərini Qaxda salamlamaqdan məmnun olduğunu bildirib. Natiq Allahverdiyev TAİB sədri, akademik Sudeyif İmamverdiyevin Yeni Azərbaycan Partiyası Veteranlar Şurasında təmsil olunduğunu qeyd edərək, görkəmli alimin YAP-ın quruculuq prosesində yaxından iştirak etməsindən söz açıb. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində dövlətin həyata keçirdiyi proqramlardan və tətbiq olunan yeni yanaşmalardan bəhs edən Natiq Allahverdiyev TAİB-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də xoş sözlər dilə gətirib, təşkilatın təsisçisi Ramin Əhmədovu tanıdığını bildirib.

Natiq Allahverdiyev qeyd edib ki, Türk Ağsaqqalları Birliyi –TAİB-in və Qax Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yunus Əmrə yaradıcılığına həsr olunmuş konfransın keçirilməsini də TAİB-in öz məqsəd və məramlarına uyğun fəaliyyət proqramı icra etdiyinin daha bir nümunəsi kimi qiymətləndirir.

TAİB İdarə Heyətinin üzvləri də öz növbələrində səmimi qarşılanmaya və isti münasibətə görə Natiq Allahverdiyevə təşəkkürlərini bildiriblər. Konfransın işində yaxından iştirak etdiyinə və göstərdiyi xüsusi diqqətə görə Natiq Allahverdiyevə  minnətdarlığını ifadə edən TAİB sədrinin müavini, İdarə Heyətinin üzvü Eyvaz Hünbətov təmsil etdiyi təşkilatın YAP-ın Qax Rayon Təşkilatı ilə də birgə layihələr həyata keçirməyə hazır olduğunu vurğulayb.

Görüşdə həmçinin TAİB-in Türk dünyasına aid ölkələrdə keçirdiyi konfranslar və qarşıdakı mərhələ üçün nəzərdə tutulan layihələrdən də ətraflı şəkildə bəhs olunub. Həmçinin o da qeyd olunub ki, TAİB-in fəaliyyət proqramında əsasən Türk Dünyası Təşkilatına daxil olan ölkələrin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması prioritet vəzifə kimi müəyyənləşdirilib və bu istiqamətdə əldə olunan nəticələr gələcək üçün ürəkaçan gözləntilər yaradır.


      

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR