" />

“Fransa danışıqlar prosesindən kənarda saxlanılmalıdır” – Qərəz saçır!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Fransanın Azərbaycan qarşı qərəzli mövqe tutması onun danışıqlar prosesində iştirakını heçə endirir və Fransanın mənəvi haqqı olmadığını göstərir”.  
Bunu “Sherg.az”a açıqlamasında Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Fransa prezidenti Emmanuel Makronun ermənipərəst fikirlərindən danışarkən  deyib.
 
O bildirib ki, bu gün  bölgədə sülhün yaranmasına ən çox maneə yaradan Fransanın özüdür:
“Bu, Fransanın tutduğu mövqedən də açıq-aydın görünür. Sanki dünyada yaşayan ermənilərin hüquq və haqlarının müdafiə etmək Fransanın üzərinə biçilib və  özlərinə tarixi missiya kimi götürüblər. Bunu görməmək üçün gərək kor olasan. Rəsmi Paris birbaşa Ermənistanın maraqlarını müdafiə edir.
Başa düşürük ki, erməni lobbisinin Fransanın siyasi dairələrinə təsir imkanları böyükdür.  Ancaq Fransanın bölgə ilə bağlı aydın baxışa, ədalətə, hüquqa söykənən siyasi kursu olmalıdır. Onların Qarabağla bağlı  strategiyası yanlışdır və beynəlxalq prinsipləri görmək istəmirlər.
Gülməlisi isə odur ki, Fransa kimi dövlət erməni lobbisinin əlində əsir-yesir olub. Özünü gülünc vəziyyətinə gətirib. Fransa bundan sonra danışıqlardan kənarda dayanmalıdır ki, vəziyyət normallaşsın.
 Ermənilər isə başa düşməlidirlər ki, gələcəklərini və həyatlarını yaxşı qurmaq istəyirlərsə, ağıllarını başlarına yığmalıdırlar.
 
Digər tərəfdən bölgənin rifahında fəal iştirak etsələr, onların özləri üçün də yaxşı olacaq. Fransa və erməni lobbisindən Ermənistana xeyir yoxdur. Erməni siyasətçiləri reallıqla barışmalıdırlar. Azərbaycan və Türkiyə ilə normal münasibət quracaqları təqdirdə özlərinin gələcəklərini təmin etmiş olacaqlar”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR