Azərbaycan-Türkiyə əməkdaşlığı bölgəyə rifah gətirir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

30 illik işğal dönəmində Qarabağ və Şərqi Zəngəzurda daşı daş üstünə qoymayıblar. Deputat vurğulayıb ki, işğal dövründə nəinki quruculuq-bərpa işi aparılmayıb, əksinə, vaxtilə azərbaycanlıların qurub-yaratdığı evlər, təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerləyeksan edilib. Azərbaycanın isə işğala son qoyduğu 2020-ci ilin noyabr ayından bəri bütövlükdə bölgəyə həyat qayıdıb. Təsəvvür edin, azad olunan torpaqlarda çox keçmədən su-elektrik stansiyası istifadəyə verildi, kənd təsərrüfatı canlandı. İşğaldan azad edilərkən bayraq sancmağa bir tikili tapılmadığı Füzulidə cəmi 8 aya beynəlxalq hava limanı tikilib istifadəyə verildi. 30 il təyyarə görməyən Qarabağ və Şərqi Zəngəzur səması, nəhayət ki, ilk beynəlxalq səviyyəli qonaqlarını qəbul etdi. Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan həmin o əlamətdar gündə Azərbaycanın müzəffər lideri İlham Əliyevlə birlikdə hava limanının açılışını etdi.

Oktyabrın 20-də daha bir strateji əhəmiyyətli açılış mərasimi – Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi gerçəkləşdi. Bu açılış hər şeydən öncə Azərbaycan xalqının ermənilərdən fərqli olaraq bu torpağın əsl sahibi kimi qurub-yaratmaq əzminin, dövlətimizin sülh, sabitlik və əməkdaşlıq niyyətinin, Azərbaycan liderinin əzminin, revanşist məqsədlərdən əl çəkməyən düşmən və havadarları qarşısında qətiyyətinin göstəricidir.

Türkiyə Prezidentinin bu mərasimdə iştirak etmək üçün yenidən ölkəmizə gəlməsi isə iki ölkə qardaşlığının sarsılmazlığının dünyaya bir daha bəyan olunmasıdır. Ümumiyyətlə, hava limanının açılışı və Türkiyə Prezidentinin mərasimə qatılması dünyanın gözü önünə Ermənistan və havadarları ilə Azərbaycanın və strateji tərəfdaşının nə qədər  fərqli olduğunu gətirir. Bizim tərəfdaşlığımızın nəticəsi qurulan, abad edilən, narkotika plantasiyalarından və narkotranzitdən mədəniyyət mərkəzinə çevrilən Qarabağ və Şərqi Zəngəzurdur.

Azərbaycan-Türkiyə əməkdaşlığı bölgəyə rifah gətirir. İki qardaş ölkə arasında bağlanmış hərbi müttəfiqlik bölgədə sülh, sabitlik və istiqrar üçün təminatdır. Ermənistan və havadarlarının birliyi isə sülh və tərəqqi üçün ən böyük təhdiddir. Elə Fransa Prezidenti Makronun son bəyanatlarının timsalında bir daha əmin olduq ki, Ermənistanın “Böyük bacısı” və əsas havadarı olan Paris faktiki olaraq regionda sülh və sabitlik arzulamır. Nəinki arzulamır, həm də mövcud əməkdaşlıq şansları və ilkin etimad mühitini dağıtmaq üçün əlindən gələni əsirgəmir.

Zəngilan Beynəlxalq Hava Limanının açılışında birgə iştirak fonunda Azərbaycan-Türkiyə qardaşlığı, liderlərin birlikdə reallaşdırdığı layihələrlə nümayiş olunan güc göstəricisi Fransa Prezidenti Emmanuel Makron kimi cılız, məğlub “lider”lərə, o cümlədən təcavüzkar niyyətlilərə ən yaxşı cavabdır.

 

Qəhrəman Qasımov 

Əməkdar müəllim, Qarabağ veteranı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR