Türk Dövlətləri Təşkilatının dini liderlərinin Bakı görüşü başlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin üçüncü – Bakı görüşü başlayıb.

Gülüstan sarayında baş tutan görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyə dəyanət işləri rəhbəri Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev, elm, din, siyasi və ictimai xadimləri iştirak edirlər.

Qeyd edək ki, TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanacaq, birgə bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılacaqlar.

Oktyabrın 21-də isə Gülüstan sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda Beynəlxalq Konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.

Qeyd edək ki, dini liderlərin əvvəlki görüşləri İstanbul və Türküstanda keçirilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR