" />

Adil Əliyev:“Bu qırğınlar ermənilərin Türk dünyasına qarşı apardıqları iyrənc və məkrli siyasəti açıq- aydın ortaya qoydu”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“31 Mart soyqırımının ildönümü ilə bağlı fikirlərini açıqlayan Adil Əliyev qeyd edib ki, bu soyqırımı XIX əsrin sonlarından etibarən ermənilərin Anadoluda, 1905-1906-ci illərdə Azərbaycanda, 1915-ci illərdə Türkiyədə həyata keçirdikləri siyasətin davamı idi. 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan,Zəngəzur, Qarabağ, Naxçıvanda Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar təəssüf ki, dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb”.

Bunu  millət vəkili Adil Əliyev soyqırım barədə şərh verərkən bildirib. O, qeyd edib  ki,

1918-ci il 31 Mart soyqırımı erməni vəhşiliyinin əyani və bariz sübutudur.

“Bu qırğınlar ermənilərin Türk dünyasına qarşı apardıqları iyrənc və məkrli siyasəti açıq- aydın ortaya qoydu.Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın Azərbaycan vətəndaşı yetirilib, on minlərlə insan itkin düşüb”.

1919-cu ildə və 1920-ci ilin mart ayının 31-də iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildiyini vurğulayan millət vəkili  Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və hər zaman şəhidləri ehtiramla andıqlarını bildirib..

agsaqqallar.com

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR