VI Zirvə Toplantısı Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan Respublikasınnn Prezidenti cənab İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib.
Səfər çərçivəsində dövlətimizin başçısı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla, İran Prezidenti Seyid İbrahim Rəisi ilə, Rusiya Prezidenti Vladimir Putinlə və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşlər keçirib. Xəzəryanı ölkələrlə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində marağı olan Azərbaycanın belə görüşlərin keçirlməsinə böyük əhəmiyyət verir.
Görüşlərdə bir sıra regional məsələlər müzakirə olunub, Xəzər dənizinin problemlərinin həllində birgə əlaqəli şəkildə tədbirlərin həyata keçirilməsinin zəruriliyi önə çəkilib.
Görüşlərdə VI Zirvə Toplantısında qəbul edilmiş qərarların gələcək fəaliyyətdə önəmli rol oynayacağı xüsusilə vurğulanıb.
Azərbaycan Respublikasınnn Prezidenti İlham Əliyev həmçinin Toplantıda çıxış edib. Çıxışında bugünkü Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmləndirilməsi işində daha bir addım olacağını bildirən İlham Əliyev bu sahədə Xəzəryanı dövlətlərin böyük rol oynadığını vurğulayıb.
Ölkəmizin rəhbəri həmçinin Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası, nəqliyyat və logistika məsələləri, ekolji problemlər və onların həlli yolları barədə məsələlərə toxunub, öz fikirlərini söyləyib.
Xəzərlə bağlı bütün məsələlərdə tərəflərin mənafelərinin nəzərə alındığını bildirən İlham Əliyev deyib: “Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır”.
Zirvə Toplantısının əhəmiyyətinə toxunan İlham Əliyev qəbul olunmuş qərarların Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhvələr verəcəyinə əmin olduğunu bildirib.

Dilqəm Əlirzayev
Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR