Prezidentimizin və Mehriban xanımın Türkiyəyə göstərdiyi doğma münasibət qardaşlığımıza verilən ən yüksək qiymətdir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qardaş Türkiyədə baş verən zəlzələdən sonra ilk reaksiyanı Azərbaycan dövləti verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qardaş ölkəyə etdiyi yardım qardaşlığımıza, eyni zamanda insani dəyərlərə verilən ən yüksək qiymətdir.

Bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya media qrupunun rəhbəri Ramin Əhmədov Missiya.Az-а аçıqlamasında deyib.

Ramin Əhmədov hesab edir ki, Mehriban xanım Əliyevanın Azərbaycan xalqına müraciəti onun timsalında Azərbaycan qadınlarının, azərbaycanlı anaların nə qədər humanist, vətənpərvər, qayğıkeş və ənənələrimizə sadiq olduğunu göstərir.

“Onun zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, tibb işçilərimizə, diplomatik xidmət əməkdaşlarına, KİV nümayəndələrinə təşəkkürünü bildirməsi isə dövlətin hər şeyi qiymətləndirdiyinin sübutudur. Hörmətli Mehriban xanımın dediyi kimi, Türkiyə xalqı öz iradəsi və mətnliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Qardaşlarımız tarix boyu çox ağır sınaqlardan üzüağ çıxdığı kimi bu sınaqdan da üzüağ çıxacaq. Dövlətimiz kimi xalqımız da, qardaş Türkiyənin yanında olmağa davam edəcək!”

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR