Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan 30 ildir ki, BMT-nin üzvüdür. BMT-Azərbaycan münasibətləri yardıma əsaslanan əməkdaşlıqdan tərəfdaşlığa əsaslanan əməkdaşlığa çevrilib. BMT-yə üzv olduqdan sonar ölkəmiz dayanıqlı inkişafa daim öz töhvələrini vermiş və bu gün də ümüumi prinsiplərə əsaslanaraq fəal inkişafda mühüm rol oynayır. Azərbaycanda ardıcıl olaraq beynəlxalq tədbirlər keçirilir, eyni zamanda dünyada keçirlən beynəlxalq tədbirlərdə ölkəmiz fəal iştirak edir.
Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci ssesiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videoformatda çıxışı bunun bariz sübutudur. Çıxışında müasir şəhərsalmanın problemləri barədə danışan İlham Əliyev bu sahədə son illərdə respublikamızda görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran əsas məsələlər barəsində məlumat verib.
Paytaxt Bakının simasında şəhərsalma komponentlərinin tətbiqi ilə yeni formatın formalaşdırılması günümüzün reallığıdır. Bakı tarixi simasını qorumaqla müasir şəhərə çevrilib. Eləcə də Azərbaycanın digər şəhərlərində müasir metodların tətbiqi həyata keçirilir.
44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfərin təntənəsi olan işğal altındakı torpaqlarımızın erməni işğalçılarından azad olunmasından sonra həmin ərazilərdə aparılan böyük quruculuq və yenidənqurma işlərində yeni şəhərsalma əsas tələblərdən birdir. Bu məqsədlə Şuşa, Zəngilan, Ağdam və Füzuli şəhərlərinin yeni baş planı hazırlanıb və cənab Prezidentin razılığı ilə hazırda həmin planın icrası yönümündə işlər aparılır.
Azad olunmuş ərazilərdə dağıdılmış şəhərlərin bərpası və yenidən qurulması dünya təcrübəsindən yararlanmaqla həyata keçirilir. Bu işlərdə beynəlxalq əməkdalığa geniş yer verilib. Yenidənqurmada əsas hədəf keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması əsas şərtlərdən biridir.
Əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inkluziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bu sahədə Azərbaycan öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcəkdir.
Möhtərəm Prezidentimizin dediyi kimi “Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək”.

Tənzilə Lətifova
Nizami Mədəniyyət Mərkəzinin əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR