" />

“Azərbaycanla hesablaşmadan hansısa layihəni reallaşdırmaq mümkün deyil”-Elnur Elturk

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyinin sədr müavini Elnur Eltürkün “Xalq cəbhəsi” -nə açıqlaması

“Azərbaycan beynəlxalq təşkilatlarda aktor rolunu oynamaqdadır. Azərbayacnın “Avropa siyasi birliyi”nin Zirvə toplantılarına dəvət olunması ölkəmizə marağı göstərir”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədr müavini Elnur Elturk deyib. O, bildirib ki, bu həm dəm onu göstərir ki, Azərbaycan beynəlxalq təşkilatların maraq dairəsindir :”Avropalı siyasətçilər Azərbaycanla əlaqələr qurmaqda və onu inkişaf etdirməkdə maraq göstərirlər. Rəsmi Bakı Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bu Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Ukrayna-Rusiya müharibəsi fonunda bunun nə qədər önəm daşıdığını bilirik.
Son illər Azərbaycanın artan nüfuzu beynəlxalq təşkilatların diqqətindən yayına bilməz. Üstəlik, cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olması üçün atılan addımlar beynəlxalq qurumlarda da bölgəyə böyük maraq yarada bilər. Yüz ildən çoxdur ki, bəzi Avropa dövlətləri cənubi Qafqazda baş verən prosesləri izləyirlər. Azərbaycan bütün səyləri ilə regionda sülhün hakim olmasını dəstəkləyir. Azərbaycan Prezidenti də bir sıra beynəlxalq forumlarda da bunu açıq-aydın bildirir. Bu gün regionun lider dövləti Azərbaycandır. Azərbaycanla hesablaşmadan hansısa layihəni reallaşdırmaq mümkün deyil. Üstəlik, qardaş Türkiyənin dünyada nüfuzunun sürətlə artması Azərbaycanın mövqelərini gücləndirir”.

Əli

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR