15 İyun Milli Qurtuluş Günü- tariximizin şanlı səhifəsi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

15 İyun Milli Qurtuluş Günü – 15 iyun 1993-cü il Azərbaycan tarixi üçün böyük əhəmiyyətə malikdir. Həmin gün Azərbaycan dövlətçiliyinin ölüm-dirim savaşının tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın gələcəyində, müstəqilliyində, inkişafında mühüm rol oynayan, daim xalqdan dəstək alan ulu öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Respublikada 2-ci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin məhv olmasının təhlükəsinin aradan qaldırılması, müstəqilliyimizin qorunub saxlanılması, demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində tarixi əhəmiyyət daşıyan işlərə başladı. Ölkədə vətəndaş müharibəsi təhlükəsi ziyalıları Heydər Əliyevə müraciət etməyə məcbur etdi. Heydər Əliyev təcili Bakıya gələrək siyasi vəziyyətin sabitləşməsi üçün ciddi adımlar atmağa başladı. Gəncədə qiyam qaldıran Sürət Hüseynovla danışıqlar apararaq onu zərərləşdirdi. Cənub bölgəsində Müdafiə Nazirinin müavini Əlikram Hümbətov qiyam qaldırdı lakin tezliklə Cənub bölgəsi separatçı qüvvələrdən təmizləndi, ölkənin Şimal bölgəsində separatçı meyillərin qarşısı alındı. Bununlada Azərbaycan parçalanmağ təhlükəsindən və vətəndaş müharibəsindən xilas oldu. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçildi.

Ümumilli Lider Heydər Əliyev düzgün seçilmiş sosial iqtisadi inkişaf strategiyasının müəllifidir. Heydər Əliyevin sosial iqtisadi siyasət strategiyası sabitləşdirmə, dünya iqtisadi inteqrasiyasına qoşulma, xalqın rifahının yüksəldilməsi kimi istiqamətləri əhatə edir. 1996-cı ildən etibarən Azərbaycanda milli iqtisadiyyatın sürətli inkişaf və yüksəliş dövrü başlanıb. Keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycanda azad bazar iqtisadiyyatına geniş imkanlar yaranıb. Heydər Əliyevin iqtisadi fikirlərində iki məqam nəzərə çarpır: iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsində ölkə iqtisadiyyatını inkişaf etdirmək; iqtisadi potensiyaldan maksimum istifadə etmək onun dağılmasına yol verməmək. Qəbul edilən “Torpaq islahatı haqqında” qanuna əsasən vahid torpaq fondu yaradıldı. Dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyti forması müəyyən edildi. Sərbəst xarici ticarətə imkan yaradıldı. – Heydər Əliyevin Respublikada ikinci hakimiyyət dövründə əhalinin sosial müdafiəsi tədbirləri həyata keçirilən iqtisadi siyasətdə mühüm yer tutdu. İnfulasiyanı cülovlamağ üçün həyata keçirilən tədbirlər nəticəsində orta aylıq əmək haqqının artım sürəti infulasiyanı üstələdi. Böyük şəhərlərdə minlərlə işsizin işlə təmin edildiyini “Əmək yarmarkaları” təşkil olundu. Yeni sosial iqtisadi münasibətlərin formalaşması nəticəsində cəmiyyətdə orta təbəqə meydana gəldi.

Heydər Əliyev ordu quruculuğu sahəsində də mühüm addımlar atdı. 1-ci Qarabağ müharibəsi zamanı cəbhədə məğlubiyyətin qarşısını almaq üçün Dövlət Müdafiə Şurası yaradıldı. 1994-cü ildə keçirilən hərbi əməliyyatlar nəticəsində işğal edilmiş ərazilərin bir hissəsi azad edildi. Həmin ilin mayında Heydər Əliyevin siyasi bacarığı sayəsində cəbhədə atəşkəsə nail olundu. Sülh dövründə ordu quruculuğu sahəsində işlər davam etdirildi, 1994-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin yaradılması haqqında fərman imzalandı. Dövlət qayğısı sayəsində Azərbaycan ordusu getdikcə inkişaf etdi: müasir hərbi texnika və bacarıqlı kadrlarla təchiz olundu. Bu işdə Azərbaycanın NATO ilə sülh naminə tərəfdaşlıq proqramı çərçivəsindəki tədbirlərin qardaş Türkiyə hərbçilərinin rolu böyük oldu. Xalqın orduya yardımını tənzimləmək üçün Silahlı Qüvvələrə Yardım fondu təsis edildi.

Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirtdiyi siyasətin məqsədi demokratik, hüquqi, dünyəvi dövlətin təməllərini atmaq idi. Bu proses 90-cı illərin ikinci yarısında sürətlənmişdi. Bu sahədə ən böyük addım 1995-ci ilin Noyabrın 12- də 158 maddədən ibarət Konstitusiyanın referendumla qəbul edilməsi idi. Konstitusiya maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Hakimiyyətin bölünməsi prinsipi öz əksini tapmışdı. Konstitusiyanı daha demokratikləşdirmək üçün 2002-ci il avqustun 24-də referendum vasitəsi ilə ona 39 mühüm dəyişiklik edildi. 1992-ci ilin noyabrın 12-də həmçinin, parlament seçkiləri keçirildi. 1998-ci il avqustun 6-da verilmiş fərmanla mətbuat üzərindən senzura götürüldü. Həmin ildə Azərbaycanda ölüm yökmü ləğv edildi. Azərbaycan Şərqə ölüm hökmünü ləğv etmiş ilk ölkə oldu. Konstitusiya məhkəməsi təşkil olundu

Heydər Əliyevin 1990-cı illərdə yürütdüyü xarici siyasətin məqsədi Azərbaycanın müstəqilliyini dünya dövlətlərinə tanıdmaq və ölkənin beynəlxalq nüfuzunu artırmaq idi. Azərbaycan xalqının vahidliyini və ərazi təhlükəsizliynin təmin edilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığa yönəlmiş siyasətin inkişaf etdirilməsi, xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasıda xarici siyasətin əsas məqsədlərinə daxil idi.
Həmçinin xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsidə mühüm yer tuturdu. Məhv bu məqsədlə minsk qrupu yaradılmışdı. Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadır. ATƏT-in Budapeşt və Lissabon sammitində Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq prinsiplərə əsaslanaraq həll edilməsinin vacibliyi təsdiq edilmişdir. 1997-1998ci illərdə minks qrupunun həmsədrləri münaqişənin tənzimləməsi üçün müxtəlif təkliflər iləri sürdülər. Lakin Azərbaycan və Ermənistan tərəfləri arasında razılaşmaya nail olunmurdu. 1993-cü ilin sentyabrında Azərbaycan MDB-ə daxil oldu. 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasına üzv oldu. 1994-cü ildə Azərbaycan NATO-un “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşuldu.

15 iyundan başlanan müstəqil Azərbaycan quruculuğu bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Həyata keçirilən hərtərəfli və gələcəyə hesablanmış siyasətin nəyicəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli və inkişaf etmiş ölkəsinə çevrilib, dövlətimizin dünya birliyində xüsusi yeri və nüfuzu vardır.

44 günlük Vətən müharibəsində qazanılmış böyük tarixi qələbə Şanli Zəfərimiz ölkəmizin gücünün nümayişi, birliyimizin bariz nümunəsidir.

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparılır, əminik ki, qısa zaman kəsiyində bu ərazilərimiz də ölkəmizin digər regionları kimi əsil cənnətə çevriləcəkdir.

Həqiqət Gülalıyeva
Nizami rayonu, 210 saylı tam orta məktəbin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR