Nüfuzlu “The Australian” qəzeti Zəngilan Beynəlxalq Hava Limanının açılışı barədə məlumat yayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Avstraliyanın nüfuzlu “The Australian” qəzeti Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi, Azərbaycan və Türkiyə liderlərinin bu mərasimdə və həmin gün keçirilən digər tədbirlərdə birgə iştirakı barədə məlumat yayıb.

Agsaqqallar.com  AZƏRTAC -a istinadən xəbər  verir ki, bu barədə qəzetin yaydığı “Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətləri düzəltmək üçün fürsət yarandığını bildirib” başlıqlı məlumatda deyilir.

Qeyd edilib ki, oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatlarla çıxış edən iki ölkənin liderləri Ermənistana ciddi mesajlar veriblər. Məlumatda Azərbaycan və Türkiyə liderlərinin səsləndirdiyi bəzi məqamlara xüsusi diqqət yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirilib: “Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir”.

Məlumatda Türkiyə Prezidentinə istinadla Ermənistanın yaranmış imkandan istifadə etməsi barədə fikirlər də yer alıb. Qeyd edilib ki, Türkiyə Prezidenti İrəvan ilə əlaqələri bərpa etmək imkanının olduğunu bildirib. “Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”, – deyə R.T.Ərdoğandan sitat gətirilib.

Məlumatda diqqətə çatdırılıb ki, oktyabrın əvvəllərində İrəvan və Bakı gələcək sülh müqaviləsinin mətnini Türkiyə Prezidenti ilə birlikdə hazırlamağa başlayıblar. Sonra Prezident R.T.Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Çexiyada görüşərək mühüm müzakirələr aparıb.

Yazıda Türkiyə və Ermənistanın İrəvanın Birinci Dünya müharibəsi ilə bağlı təkidinə görə onilliklərdir ki, mübahisə apardığı da əksini tapıb. Qeyd edilib ki, Ermənistan Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə öldürülməsini bəyan etsə də, Türkiyə bunu rədd edir. Hazırda iki ölkə arasında diplomatik əlaqələr yoxdur.

Məqalədə Ermənistanla Azərbaycan arasında baş vermiş iki müharibə barədə məlumat da yer alıb. Qeyd edilib ki, ötən əsrin 90-cı illərində erməni separatçıları yaranmış qarışıqlıqdan istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini və ətraf rayonları işğal ediblər. Həmin vaxt 30 minədək insan həlak olub.

2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal edilmiş ərazilərini azad edib.

Məqalədə Brüssel və Vaşinqtonun diplomatik səylərindən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin mətninin hazırlanmasına başlamaq üçün oktyabrın 3-də Cenevrədə görüşdüyü də əksini tapıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR