" />

TAİB-in üzvləri Gəncədə terror qurbanlarının xatirəsini anıblar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in nümayəndə heyəti Gəncədə səfərdə olarkən ermənilərin 2020-ci il oktyabrın 11-də Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş “Scud” ballistik raket sistemi ilə atəşə tutduğu məhəlləni yenidən ziyarət ediblər.
Faciənin acı görüntüsü qarşısında kövrələn heyət uşaq, qadın, qocalar da daxil olmaqla, dinc insanların şəhid düşdüyü yerdə onları bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
TAİB-in İcra Aparatının rəhbəri, əslən Gəncədən olan Nicat Hüseyn Dağlar heyətə həmin hadisə zamanı baş verənlər barədə daha geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycan xalqı bu vəhşəti heç zaman unutmayacaq və bizim borcumuzdur ki, bu hadisələri, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha detallı çatdıraq.
Ərazini gəzən heyət sonda xatirə şəkil çəkdiriblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR