TAİB-in üzvləri ədəbi-bədii gecədə iştirak ediblər
25 yanvar 2022-ci il tarixində “Söz haqqı” ədəbi məclisinin növbəti görüşü keçirilib.
Ənənəvi olaraq keçirilən məclisdə Azərbaycan ədəbi mühitinin söz sərrafları bir araya gələrək müxtəlif ədəbi nümunələr, şeir, esse və mahnılar səsləndiriblər. Tədbirin aparıcısı seirsevər, dəyərli ağsaqqalımız Qurban Agdamli bu ənənənin uzun illərdir ki, davam etdiyini deyib.
Tədbirin təşkilatçısı, şairə Fəridə Əsədova çıxışında bildirib ki, hər ay belə məclis təşkil olunur və hər görüş bir qələm əhlinə həsr olunur. Bu dəfəki tədbir sosial şəbəkələrin fenomeni, publisist, bədii qiraətçi Sabir Zəkullaogluna həsr olunmuşdu.
Sabir Zəkullaoğlu zəngin söz bazasına malik, səmimiyyətilə qəlblərdə özünə yer edə bilən, şeriyyəti ruhuna hopduraraq bəlağətli səsilə könülləri oxşayan bir qiraətçi kimi hər kəs tərəfindən sevilir. Hərbiçi, hər iki Qarabağ müharibəsinin iştirakçısı, şair qazimiz Muxtar Hashimov un , Ibrahim Baba Nurun, şairə Nurida Misirin, Bayraməli Rəhimovovun, Kərəm Kəlbəcərlinin, Almaz İlahe Ehmedova, Vusal Agayevin , Mutalib Tahiroglunun, Mayil Memmedlinin qəlb oxşayan şeirləri, Məlahət Fərəcova nın məlahətli səsi ilə oxumağı, şair əhval-ruhiyyəli şeirləri məclis əhlinə xoş təsir bağışlayıb. Mehman Ismayilov, Babek Nuriyev, Sevil Soltanova da məclisi öz xoş sözləri ilə rəngarəng edib.
Qeyd edək ki, keçirilən ədəbi məclisdə Türk Ağsaqqallar Birliyinin üzvləri tanınmış şair Mübariz Süleymanlı və Şərafət Şəfa da iştirak ediblər.