Sosial yardım ilə bağlı – YENİLİK
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində “qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilir.
Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar Xəbərlər
- Doç. Dr. Murteza Hasanoğlu: Azerbaycan’ın Yakın Tarihine Yön Veren Siyasetçi, Milli Birliği Temin Eden Lider ve Savaş Meydanlarında Efsanevî Bir Başkumandan İlham Aliyev!
- R. Əhmədov: “Artıq Dünya Azərbaycanlılarının Həmrəylik Günü ən yüksək səviyyədə qeyd olunur”
- “Sivil Toplum” Xaçmaz, Quba və Bakıda müşahidəçilər üçün təlimlər keçirib