Türk Ağsaqqalları Birliyi-TAİB Türkiyədə üçtərəfli memorandum imzaladı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqallar Birliyi- TAİB-in nümayəndə heyəti Türkiyənin İqdır şəhərində silsilə görüş və konfranslar keçirib. 08-11 dekabr tarixlərini əhatə edən məhsuldar görüşlərlərdə daha bir uğura imza atıblar. Belə ki, Türk Ağsaqqallar Birliyi Azərbaycan Kültür Evi və İğdır Azərbaycan Dili, Tarixi və Kültür Birliğini Yaşatma və Dəstəkləmə Dərnəyi arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Üçtərəfli memorandumu TAİB-in Təşkilat Komitəsinin sədri akademik Sudeyif İmamverdiyev, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal imzalayıblar.
Sənəddə birgə fəaliyyətin təşkili, türkdilli dövlətlər arasında əlaqələrin inkişafına xidmət edəcək, müştərək layihələrin hıəyata keçirilməsi, ədəbi nümunə və çap məhsulllarının işıq üzü görməsi kimi məsələlər əhatə olunub.
Qeyd olunub ki, bu birlik, bu qardaşlıq əbədidir. Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır! İğdırın vətəndaş cəmiyyəti də dünyaya Azərbaycanın yalnız olmadığı ismarıcını vermək üçün bu təşkilatlar yaradılıb və daim bir arada olacaqlar.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR