“Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dekabrın 8-də  Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı   ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

İnşa yazı müsabiqəsinin  keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyev irsinin gənc nəsilə öyrədilməsi, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərdə vətənə sevgi və məhəbbət hislərinin aşlanması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması və gənc nəsilin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsindən ibarətdir.

Keçirilən inşa yazı müsabiqəsində Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin IX-XI siniflərindən 26  şagirdi iştirak edib.

Keçirilən müsabiqənin yekun nəticələrinə əsasən, I yerə Dəmirçi kənd tam orta məktəbin X sinif şagirdi Mujdə II yerə Sədərək kənd 2 nömrəli tam  orta məktəbinin XI sinif şagirdi Səlbi Həbibzadə və III yerə isə Sədərək kənd 1 nömrəli tam  orta məktəbin X sinif şagirdi Səbinə Qaybalıyeva layiq görülmüşlər. İnşa yazı müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR